24 C
Bakı
13 Avqust 2025 22:37
Cəmiyyət

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən VACİB AÇIQLAMA

 

Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.

Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:

“Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.

Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:

“Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş nazir “ölü canlar”a maaş yazmaqda ittiham olunub – VİDEO

admin

Medianın İnkişafı Agentliyi qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməyə başlayıb

admin

Görəsən İranda olan bizim vətəndaşlarımız da quru sərhədi ilə ölkəyə daxil ola bilərlərmi?

admin