28 C
Bakı
12 Avqust 2025 18:28
Cəmiyyət

Balış, Diliş, Gil… Uşaqlara verilən qəribə adlar – Ad, soyadı necə dəyişmək olar?

 

Azərbaycanda bəzən valideynlər uşaqlarına qeyri-adi adlar verirlər.

Tacxeber.com xəbər verir ki, adlar üzrə statistikaya əsasən, uşaqlarına Aydəs, Balış, Diliş, Doğru, Dəftər, Gil, Şərbala, Qəribə, Dua adı verənlər var.

Bəs şəxs əgər öz adını bəyənmirsə, onu necə dəyişə bilər?

Nazirlər kabinetinin qərarına əsasən vətəndaş adını, ata adını və soyadını 18 yaşına çatdıqdan sonra dəyişə bilər.

Adın, soyadın, ata adının dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.

Bununla bağlı vətəndaş ərizəsini yaşayış yeri üzrə qeydiyyat şöbəsinə verməlidir. Əgər şəxs 18 yaşına çatmayıbsa, ad, soyadının dəyişdirilməsinə valideynlərin birgə razılığı əsasında uşağın mənafeyini əsas götürərək yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı icazə verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Adil Qeybulla istefa verdi

redaktor

Dostu ilə onlayn biznes qurdular, hazırda geyim istehsal edirlər – Müsahibə

admin

Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ – Vacib faktlar

redaktor