24 C
Bakı
26 Sentyabr 2025 15:38
Sağlamlıq

Şizofreniya uşaq ana bətnindəykən ortaya çıxır

25 min ananın qan nümanələri toplanıb…

sizofreniya-usaq-ana-betnindeyken-ortaya-cixir

 

Alimlər şizofreniyaya səbəb olan hüceyrələrin erkən hamiləlik dövründə körpələrdə ana bətnində görünə biləcəyini ortaya çıxarıblar.

Tacxeber.com xəbər verir ki, bu barədə “Science Alert”də xəbər dərc edilib.

Belə ki, ABŞ-ın Harvard Tibb Məktəbindən Eduardo Maurinin rəhbərlik etdiyi bir qrup tədqiqatçı şizofreniya xəstəsi olan və olmayan 25 min insandan qan nümunələri toplayıb və genetik məlumatları araşdırıb.

Əldə edilən məlumatlar şizofreniya hüceyrələrinin həmişə irsi olmadığını, xəstəliyin erkən hamiləlik dövründə və ya hamiləliyin ağırlaşmaları nəticəsində inkişaf edə biləcəyi diaqnozunu qoymağa imkan verib.

2017-ci ildə laboratoriyada hazırlanmış hüceyrə paketlərini araşdıran alimlər pozulmuş beyin hüceyrələrinin sürətlə bölünməsinin və fərqləndirilməsinin şizofreniyaya səbəb ola biləcəyinə dair sübutlar tapıb. 2021-ci ildə mürəkkəb hamiləliklərdə plasentada aktiv olan və şizofreniya ilə əlaqəli genlər də aşkarlanıb.

Mənbə: AA

Tacxeber.com

Oxşar xəbərlər

Zeytun tumları nəyi müalicə edir?

redaktor

Məşhur vitaminin zərərli xüsusiyyətləri üzə çıxıb

redaktor

Çay dəmləyərkən bunları etməyin – Sağlamlığınızdan olmayın

redaktor