24 C
Bakı
23 İyun 2025 12:10
CəmiyyətGündəm

Tərtərin icra başçısı həbs olunacaq ?

Məlumata görə, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib.

Bu isə icra başçısı Müstəqim Məmmədovun həbs edilməsi üçün ciddi əsas yaradıb.

Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir.

Onun bu vəsaiti icra başçısına verdiyi deyilir.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Müstəqim Məmmədov artıq özünə vəkil də tutub.

Onun bu həftə ərzində istintaqa çağırılacağı gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Xədicə İsmayıl ifadə verməkdən imtina etdi – Yenilənib

redaktor

90 yaşlı israilli qadın Messi sayəsində HƏMAS-dan xilas olub

redaktor

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçiriləcək

redaktor