25.3 C
Bakı
13 İyun 2026 12:53
GündəmHadisə

Nəvəsi qəzada həlak olan Cığatel danışdı: “Oğlumun…”

 

Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.

O, oğlunun vəziyyəti ilə bağlı “Sherg.az”a danışıb.

“Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var”, – deyə, o bildirib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dünya universitetlərinin ən yeni reytinq cədvəli -İxtisaslar üzrə

admin

Ukraynalı aktyor döyüşdə həlak oldu

redaktor

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA

redaktor