19 C
Bakı
01 Oktyabr 2026 00:03
İdman

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı .

 

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

 Ağdam təmsilçisi evdə Polşa “Rakov”u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün “Rakov” növbəti mərhələyə yüksəlib.

“Qarabağ” isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” – “Rakov” (Polşa) – 1:1

Qollar: Tudor, 51 (0:1), Redon Cica, 60 (1:1)

Baş hakim: Sven Yablonski (Almaniya)

Bakı Olimpiya Stadionu

İlk oyun – 2:3

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu

admin

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin