17 C
Bakı
31 Mart 2026 16:32
CəmiyyətGündəm

Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərilib – VİDEO

 

Şəki rayonu, Baş Zəyzid kəndinin traktor sürücüsü olan sakini Etibar İbrahimovun ünvanına sürət həddini aşma səbəbindən cərimə protokolu gəlib. Amma protokolda traktor deyil, başqa avtomobil qeyd edilib.

Məlumata görə, avtomobil cərimələnib, protokolda mikroavtobusun şəkli verilib, maşının sahibi kimi isə Şəkinin Baş Zəyzid kəndindən olan Etibar İbrahimov göstərilib.

56 yaşlı Etibar İbrahimov evə gədikdə ona DYP-dən cərimə protokolu gəldiyini deyiblər. Əvvəlcə tarladan işdən gələn zaman hansısa xəta etdiyini düşünsə də protokolu oxuyarkən cərimənin minik avtomobilinə tərtib olunduğunu görüb. Bəlkə də oxşar nömrə olduğunu düşünərək şəklə baxıb və şəkildə 10 XC 835 nomrəli Lənkəranın bir kəndinə işləyən mikroavtobus olduğunu görüb.

Hazırda əkin-biçin mövsümü olduğu üçün işlərinin qızğın vaxtı olduğunu bildirən sürücü nə addım atacağını bilmir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxşar xəbərlər

Azərbaycanda bank işçisinin ağlasığmaz cinayəti: müştərilərin depoziti ilə görün nə alırmış…

admin

Azərbaycanlı vəkil “Gücün Portretləri 2024” üçün seçilib

admin

“Həmin büdcəni bizə qaytarın, restoranı kirayə verməyi ləğv edək”

redaktor