Hadisə

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib

 

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib.

Bu barədə “Ölkə.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Polis əməkdaşları həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən edib və o, həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir toy karvanı, növbəti faciə… – Foto

admin

Bakı metrosunda qatarda nasazlıq oldu

admin

Həmcinsinə aşiq olan məktəbli qız intihar etdi

redaktor