29 C
Bakı
13 Avqust 2025 12:32
Hadisə

Məktəb direktoru 131 min manat mənimsəyib

 

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Təcili anamı ölkə xaricinə aparmaq istədim, amma hava limanında öyrəndim ki, ölkədən çıxışıma stop qoyulub

admin

Çinlilər Qarabağda xidmətdə… – FOTO

admin

Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların sayı 5-Ə ÇATDI

redaktor