15 C
Bakı
30 Mart 2026 20:15
Hadisə

İcra başçısından AÇIQLAMA: “Yazırlar ki, qardaşım “Kalaşnikov”la özünü güllələyib”

 

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşovun odlu silahdan atəş açaraq intihar etməsi ilə bağlı məlumat yayılmışdı. Manset.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla əlaqə saxlayıb.  O, açıqlamasında intihar xəbərini təkzib edib: “Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kanalizasiyaya düşüb ölən gəncə görə çevrədəki obyekt sahibləri suçlanırlar

redaktor

Bakıda qırılan liftdə xəsarət alanların çıxarılma görüntüləri – ANBAAN VİDEO

redaktor

Rəşad Sadıqov toy etdi – FOTO

admin