19 C
Bakı
08 Oktyabr 2026 04:46
Hadisə

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb – VİDEO

 

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.

Hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.

24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev “Xəzər Xəbər”ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.

26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 Tacxeber.com

Oxşar xəbərlər

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor