25.7 C
Bakı
13 İyun 2026 22:28
Cəmiyyət

SOCAR “Neftçi”yə yeni rəhbər gətirdi – SON DƏQİQƏ

“Neftçi” fk-da yeni təyinat olub. Bu haqda Sportinfo.az-a SOCAR rəhbərliyinə yaxın mənbə məlumat verib.

Fərrux Mahmudov klubun rəhbərliyinə gətirilib. Redaksiyamiza verilən informasiyaya görə, o, böyük ehtimalla, idman direktoru vəzifəsini tutacaq.

F.Mahmudov futbol ictimaiyyətinə tanış olmaya bilər. Adıçəkilən şəxs Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı direktorudur. Yeni təyinatla əlaqədar o, ABF-dan ayrılıb.

Kamran Quliyev dünən “Neftçi”nin prezidenti postunu tərk edib. 2018-ci ilin əvvəlində “Sumqaylt”dan bura gələn K.Quliyev SOCAR-ın göstərişi ilə paytaxt təmsilçisindən ayrılıb.

Ona aid bütün səlahiyyətlər Fərrux Mahmudova keçib. Yeni təyinatın önümüzdəki günlərdə açıqlanması gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Vilyam Hacıyevin arvadı beş milyonluq əmlakı, oğlu “Land Rover”ini GERİ İSTƏYİR

redaktor

“Məşq etməyə meydança tapmırıq, Fransa ilə oyundan danışırıq” – Qara Qarayev

admin

Qubadlıda evlərin inşası narazılıq yaratdı – Şirkətdən açıqlama

admin