28 C
Bakı
14 Avqust 2026 10:05
Cəmiyyət

SOCAR “Neftçi”yə yeni rəhbər gətirdi – SON DƏQİQƏ

“Neftçi” fk-da yeni təyinat olub. Bu haqda Sportinfo.az-a SOCAR rəhbərliyinə yaxın mənbə məlumat verib.

Fərrux Mahmudov klubun rəhbərliyinə gətirilib. Redaksiyamiza verilən informasiyaya görə, o, böyük ehtimalla, idman direktoru vəzifəsini tutacaq.

F.Mahmudov futbol ictimaiyyətinə tanış olmaya bilər. Adıçəkilən şəxs Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı direktorudur. Yeni təyinatla əlaqədar o, ABF-dan ayrılıb.

Kamran Quliyev dünən “Neftçi”nin prezidenti postunu tərk edib. 2018-ci ilin əvvəlində “Sumqaylt”dan bura gələn K.Quliyev SOCAR-ın göstərişi ilə paytaxt təmsilçisindən ayrılıb.

Ona aid bütün səlahiyyətlər Fərrux Mahmudova keçib. Yeni təyinatın önümüzdəki günlərdə açıqlanması gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Aydınlıqdan cəhalətə: Azərbaycan ziyalısının faciəsi

redaktor

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor