31 C
Bakı
22 Avqust 2026 14:50
Dünya

ABŞ vitse-prezidentinin çıxışı qalmaqal yaradıb

ABŞ vitse-prezidentinin çıxışı qalmaqal yaradıb

 

ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib.

Vitse-prezident “biz əhali sayını azaldacağımız təqdirdə, övladlarımız daha çox təmiz hava alacaqlar”, – deyə siyasətçi iqlim dəyişikliyinə həsr olunan konfransda bildirib. Düzdür, sonradan sözlərinə aydınlıq gətirməli olub. Bildirib ki, “azaltmaq” əvəzinə “çirkləndirilməsi ” (pollution) demək istəyib. Düzəldilən variant artıq Ağ Evin saytında yerləşdirilib.

Adətən belə qalmaqallı, gülünc bəyanatlar ABŞ Prezidenti Cozef Baydenin dilindən çıxır. Məsələn, C.Bayden ABŞ ştatlarının sayını səhv deməsi, Ukraynanı İraq adlandırması, hətta insulini ixtiraçısı ilə danışması ilə gündəm olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu saatın ən vacib xəbərləri:

admin

Rusiyada buğda ixracı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

admin

N. Paşinyan: Kərki Ermənistan ərazisi deyil

admin