29 C
Bakı
11 Avqust 2025 17:27
Cəmiyyət

Polad Həşimovun anasını oğlunun adını daşıyan idman klubuna buraxmayıblar? – VİDEO

 

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

Tacxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.

 Tacxeber.com

Oxşar xəbərlər

“Xəzər Lənkəran”a getdiyim üçün oğlumu SOCAR-dan işdən çıxardılar” Ağasəlim Mircavadov

admin

Biləyimizdəki xətlərin mənası – Gələcəyini görmək istəyənlərin NƏZƏRİNƏ

redaktor

Qənirə Ataşovanı təhdid edirlər – Fotolar

redaktor