Gündəm

Navalnı 100 gündür Putinin çıxışına qulaq asır

 

Rusiya müxalifətinin lideri Aleksey Navalnı ona qarşı mənəvi işgəncə üsullarının tətbiq olunduğunu bildirir.

Tacxeber.com xəbər verir ki, bu barədə o, vəkilləri vasitəsilə sosial şəbəkə hesablarında məlumat yayıb.

Belə ki, Aleksey Navalnıya artıq 100 gündür aramsız olaraq Putinin Federal Məclisdə çıxışı dinlətdirilir. Siyasətçi hər axşam Putinin 21 fevral 2023-cü il tarixli çıxışına qulaq asmağa məcbur qaldığını söyləyib.

Navalnı “müxtəlif Putinləri dinləmək” tələbinə isə belə reaksiya verib: “Bu, prezident tərəfindən 2023-cü ildə Federal Məclis qarşısında yeganə çıxışdır. Deməli, sən bu il ərzində ancaq ona qulaq asmalısan. Növbəti müraciət çıxanda onu dinləyəcəksən”.

Aleksey Navalnı buna görə məhkəməyə müraciət edərək həbsxanada boş vaxtlarında niyə radionun deyil, məhz Putinin çıxışının işə salındığının izah olunmasını xahiş edib. Siyasətçiyə bütün bunların göstəriş əsasında edildiyini bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Voronej vilayətinə PUA hücumu nəticəsində döyüş sursatları anbarında yanğın baş verib

admin

Polisdən əməliyyat: Saxlanılanlar var – FOTO

redaktor

Azərbaycan Çindən yemiş alışını 198 dəfə artırıb – Hökümət nə etmək istəyir?

admin