26 C
Bakı
14 Avqust 2026 01:19
Cəmiyyət

Hacı Şahinin qəbirüstü abidəsi niyə hazırlanmır? – Rəsmi açıqlama

Hacı Şahinin qəbirüstü abidəsi niyə hazırlanmır? - Rəsmi açıqlama

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzar daşı hələ də hazır deyil.

Tacxeber.com xəbər verir ki, İslam adətlərinə görə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulsa da, Hacı Şahinin qəfil vəfatından 4 ay keçməsinə baxmayaraq, məzarı başında heç bir hazırlıq işi görülmür.

Məsələ ilə bağlı “Qafqazinfo”nun Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Səlahiyyətli din xadimlərindən biri isə bu barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, iyulun 7-si Hacı Şahinin 49 yaşı olacaq və sevənləri də qəbirüstü abidənin məhz ad gününə hazır olacağına ümid edirdilər.


Oxşar xəbərlər

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin