25 C
Bakı
22 Avqust 2026 02:19
Sağlamlıq

100 ml qazlı içki, yoxsa meyvə şirəsi? – Cavabı hər kəs səhv bilir

 

Təzə sıxılmış şirədə qlükozanın qana daxil olma sürətini azaldan və bağırsaq mikrobiomuna faydalı təsir göstərən lif tamamilə yox olur.

Bu barədə rusiyalı endokrinoloq Zuxra Pavlova təzə sıxılmış şirənin orqanizm üçün təhlükələri haqqında danışarkən bildirib.

Onun sözlərinə görə 100 ml kola və 100 ml portağal suyu müqayisə edilsə, onların tərkibindəki şəkər təxminən eyni olacaq.

“Nəticədə, bir stəkan şirə içməklə, biz dərhal böyük miqdarda asanlıqla həzm olunan sadə karbohidratlar – qlükoza və fruktoza qəbul edirik. Bu isə karbohidrat mübadiləsinə və qaraciyər metabolizminə kəskin şəkildə mənfi təsir göstərir”, – deyə Pavlova xəbərdarlıq edib.

Onun sözlərinə görə, fruktozanın müntəzəm çox miqdarda istehlakı alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişafına kömək edir, metabolik pozğunluqlara və diabetə səbəb olur. Pavlova bu səbəbdən təzə sıxılmış şirənin əvəzinə meyvələri tam şəkildə yeməyi tövsiyə edir.

Tacxeber.com

Oxşar xəbərlər

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor