28 C
Bakı
11 Avqust 2025 19:49
Cəmiyyət

Keçmiş məktəb direktoru körpə nəvəsi ilə parkda qalır – VİDEO

 

Ötən gecə Nərimanov rayonu ərazisində baba və iki yaşlı nəvəsi yuxulu vəziyyətdə aşkarlanıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, uşağın anası narkotik vasitə aludəçisidir:

“Kürdəmir rayon sakinidirlər. Baba Kürdəmir məktəblərinin birində direktor vəzifəsində çalışıb”.

Qeyd edək ki, ailənin Bakının Sabunçu rayonunda kirayədə yaşadığı və oradan çıxarıldığı bildirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb:

“Artıq aidiyyəti qurum ailəni axtarır. Onlar tapıldıqdan sonra sağlamlıq vəziyyətləri qiymətləndiriləcək. Əgər onların sağlamlığı yerində olmasa, uşaq anadan alınaraq dövlətin himayəsinə veriləcək”.

O qeyd edib ki, ailə barədə məlumat əldə etmək üçün komitə Kürdəmir Rayon İcra Hakimiyyətinə də müraciət ünvanlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

 Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısının oğlunu qətlə yetirənlər Avropa Məhkəməsində qalib gəldilər – SENSASİYA

admin

Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə TƏLTİF ETDİ – FOTO

redaktor

Dilənçilərin əlindəki tərpənməyən canlı uşaq dəhşəti – “Göz yummaq olmaz”

redaktor