24 C
Bakı
13 Avqust 2025 08:15
GündəmHadisə

Müdafiə Nazirliyi məlumat yaydı: İyunun 4-ü saat 20:10 radələrində… – SON DƏQİQƏ

 

İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.

Bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Gəncənin icra başçısının şok əməlləri – FOTOFAKT

admin

Bunu etməsəniz, qızılca çox təhlükəli olacaq! – Rəşid Mahmudovdan xəbərdarlıq

redaktor

Azərbaycanda İran vətəndaşına narkokuryerlik edən qadın saxlanıldı

redaktor