21 C
Bakı
12 Avqust 2025 03:13
Hadisə

Modeli döyən sevgilisi həbs edildi

 

Bakıda modeli döyən sevgilisi həbs edilib.

Bu barədə “Ölkə.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaş Razi(Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Həbs olunmuş Abzas Mediaçı jurnalistlərin məhkəmədə son sözlərindən seçmələr

admin

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

redaktor

Azyaşlı uşaq 9-cu mərtəbənin pəncərəsinə çıxdı – VİDEO

redaktor