29 C
Bakı
11 Avqust 2025 16:49
Cəmiyyət

Sabahdan bəzi qoruq və muzeylərə giriş qiymətlərində dəyişikliklər olacaq

 

 

İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.

Tacxeber.com-ın xəbərinə görə, bu barədə Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.

Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının qurtulusu yoxsa 28 aprel ?

admin

Mədəni oğurluq etməkdə məqsəd nədir? – “Tamstore”dan ŞİKAYƏT – VİDEO

redaktor

Naxçıvanın stüardessa-hökuməti

admin