19 C
Bakı
26 Sentyabr 2025 18:48
Siyasət

Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq

 

“Ukrayna şübhəsiz ki, cəbhədə dönüş nöqtəsinə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib, Rusiya sadə amillərə parçalanmağa başlayacaq – ilk növbədə Şimali Qafqazdan başlayacaq”.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Formula” telekanalına yazılı müsahibəsində deyib.

“İndi Rusiyanın qara pulları və ya siyasi məqsədləri ilə gözlərini yummuş, Putin Rusiyasına inanan hər kəs çox ciddi yanılır və sonda tam məğlubiyyətə düçar olacaq”, – Saakaşvili qeyd edib.

O həmçinin bildirib ki, Rusiyanın dağılması, Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək: “Xilas yalnız Avropa İttifaqı və Ukraynadadır”.

Saakaşvilinin fikrincə, gələcəkdə Gürcüstan “haradasa Soçi bölgəsində” Ukrayna ilə ümumi sərhədə hazırlaşmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Gözəl ölkələr”. Tramp Qərb liderləri qarşısında Azərbaycan və Ermənistanı xatırlatdı

redaktor

Cənubi Koreyada paytaxt küçələrinə ağır texnika yeridildi

admin

HƏMAS bütün mülki girovları Tehrana təhvil vermək niyyətindədir.

admin