23.2 C
Bakı
15 İyun 2026 12:34
Siyasət

Özdağdan Sinan Oğanın qərarına REAKSİYA

 

Zəfər Partiyasının sədri Ümit Özdağ ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğanın qərarına münasibət bildirib.

Tacxeber.comxəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

Özdağ qərarın sadəcə Sinan Oğana aid olduğunu, ATA İttifaqının ortaq qərarı olmadığını bildirib.

“Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama Zəfər Partiyasını təmsil etmir. Zəfər Partiyası adından açıqlamanı sabah saat 11-də mən edəcəyəm”.

Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Qəzzada humanitar atəşkəs təşəbbüsünü rədd edir

redaktor

İki həftəlik yalan: ABŞ İsrail ilə planı əvvəldən cızıb, İranı belə tələyə düşürdü

redaktor

Tramp Putinə görüş üçün şərt qoydu – NYP

redaktor