Sağlamlıq

Siqaret çəkənlərdə bu orqan hər il kiçilir

 

Elm adamları siqaret səbəbiylə hansı orqanın daim azaldığını müəyyən ediblər. Bununla belə, yaxşı bir xəbər var: bu proses geri dönə bilər, sadəcə pis vərdişi tərgitmək lazımdır.

Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri siqaretin başqa bir təsirini aşkar ediblər. Məlum olub ki, siqaret beyin həcminin azalmasını və demensiyanın inkişaf riskini artıra bilər.

Belə ki, çəkənlərin beyin həcmi orta hesabla çəkməyənlərə nisbətən daha kiçikdir. 1 ildə çəkilən hər bir siqaret qutusu, təhlil göstərdiyi kimi, beyində boz maddənin təxminən 0,15 kub santimetr azalması ilə nəticələnir.

Məlum olub ki, siqaretdən çoxdan imtina edənlərin beynində bu daha çox boz maddə var. Beləliklə, siqaretdən imtinanın beyin həcminin azalmasının qarşısını almağa kömək edəcəyi sübut edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Kişiləri ürək-damar xəstəliklərindən qoruyan ət növləri bunlardır

redaktor

Beyin gücünü artıran 10 vərdiş – MÜTLƏQ OXUYUN !

admin

Mədə və bağırsaq üçün faydalı və zərərli qidalar – Ekspert açıqladı

redaktor