22.2 C
Bakı
10 İyun 2026 05:31
Cəmiyyət

Dünyada ilk: ana bətnində beyin əməliyyatı

 

ABŞ-də hamilə qadının 30 həftəlik körpəsində “Qalen damarının qüsuru” adlı genetik xəstəlik olduğu müəyyən edilib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, körpə hamiləliyin 34-cü həftəsində əməliyyat olunub.

O, əməliyyatdan iki gün sonra heç bir problem olmadan doğulub. 1,9 kq doğulan körpə xəstəxanada müşahidə altında saxlanılıb.

Qeyd edək ki, hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur. Beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdır, ürəyi qanla doldurur və təhlükəli dərəcədə yüksək qan təzyiqinə səbəb olur. Ürək çatışmazlığı və iflic riski də yüksəkdir. Onların 11 yaşından əvvəl ölüm riski 30%-dir.

Tacxeber.com

Oxşar xəbərlər

Şuşanın erməni işğalından azad olunmasından iki il ötür

redaktor

Məşhur müğənni tanınmaz halda: “15 il efirlərdə olmuşam, indi küçələrdə corab satıram” – VİDEO

redaktor

Azərbaycan əhalisinin ümumi sayı açıqlandı

admin