30 C
Bakı
22 İyul 2025 10:24
Gündəm

Hüseynbala Mirələmov yayılan videodan danışdı: “Mənə lazım da deyil…”

Hüseynbala Mirələmov yayılan videodan danışdı: “Mənə lazım da deyil...”

 

“İstər qız, istərsə də oğlan uşaqlarını beşikdə tərbiyə etmək lazımdır”.

Tacxeber.com-ın xəbərinə görə, bunu sabiq deputat, yazıçı Hüseynbala Mirələmov “Təzadlar” TV-yə müsahibəsində bildirib.

“Elə tərbiyələndirilməlidirlər ki, həm sevginin, həm məhəbbətin, böyük-kiçiyin, Vətənin qədrini bilməlidirlər. Hər şey tərbiyədən asılıdır. Bəziləri elə tərbiyə olunur ki, onların ailəsini dağıtmaq mümkün deyil. Atalar deyib: biri od olanda, biri də su olmalıdır… Hər xırda şeydən, qısqanclıqdan ötrü ailə dağıtmaq olmaz. Bu, fəlakətdir”, – H.Mirələmov qeyd edib.

Sabiq deputat “Bir müddət əvvəl, anlaşılmazlıqdan başınıza qalmaqal gəldi. Qalmaqala qədərki dostlarınızla bugünkü dostlarınız arasında fərq yaranıbmı?” sualına belə cavab verib: “Vallah, dostlarım səmimi olub. Dostlarım indi də var, sabah da olacaq. Yad təsirlər, ünsürlər Hüseynbala Mirələmovun kimliyinə xələl gətirə bilməz. Naxələf adamlar həmişə olub. Kimin ki qəlbində riyakarlıq, yaltaqlıq var, onlar o vaxtı da özlərini göstərirdilər, indi də. Mənə lazım da deyillər, əsl dostlarım həmişə yanımdadırlar”.

Qeyd: 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə dövlət qurumlarının, məmurların heç vaxt günahı olmur.

admin

İmişli İH yolu fantastik qiymətə çəkmək istədi

admin

“2 gün mən, 2 gün də saxta həkimlər…” – Qənirə Ataşova açıqladı

redaktor