24 C
Bakı
22 İyun 2025 10:46
Cəmiyyət

“WhatsApp”da yeni funksiya: həm səsi dinlə, həm də…

 

“WhatsApp” mesenceri “Windows” əməliyyat sistemi üçün 2.2316.2.0 versiyasında yeni funksiyanı işə salır. Belə ki, artıq çatdan kənarda səsli mesajları dinləmək mümkün olacaq.

Tacxeber.com xəbər verir ki, yenilikdən “Windows” üçün “WhatsApp”ın cari beta versiyasını “Microsoft” mağazasından yükləyən bütün istifadəçilər yararlana bilər.

“Bu, xüsusən də uzun səsli mesajı dinlənilən zaman çox rahat və faydalıdır. Artıq səsi dinləyərkən digər çatlarda ünsiyyətini davam etdirmək imkanı var”, – deyə müəlliflər vurğulayıblar.

Funksiya hələlik mesencerin beta versiyasında görünür. Bununla belə tərtibatçılar əlavənin stabil versiyasının bəzi sahibləri üçün əlçatan ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, bundan əvvəl “WhatsApp” mesenceri “Windows” istifadəçiləri üçün bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insanın iştirak edə biləcəyi yenilik təqdim etmişdi. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

“O vəzifələri ancaq nazirin yaxın dostları, əsgər, sinif yoldaşları tuta bilər”

admin

Deputatdan növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlama: “Ciddi səbəblər var”

admin

“Həmin varlı ailələrin qızlarını pomidorla qovarlar” – İqtisadçıdan sərt sözlər

redaktor