23.7 C
Bakı
09 İyun 2026 20:29
Dünya

Ermənistan qadınları cəbhəyə göndərir – “Bir gün ayılıb görəcəyik ki…”

 

“Qadınların Ermənistan ordusuna cəlb edilməsi faydalı olmaya bilər”.

Tacxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni ordusunun keçmiş hərbçisi Andranik Poqosyan deyib.

“Məqsədin nə olduğunu söyləmək çətindir, ümumilikdə insanların bu məsələ ilə bağlı fikirləri çox ziddiyyətlidir. “Niyə”sini bilmirəm, amma öz fikrimi söyləyə və bu plan həyata keçirilərsə, indi mövcud olan və gələcəkdə yaranacaq digər riskləri hesablaya bilərəm”, – keçmiş hərbçi bildirib.

Poqosyanın sözlərinə görə, Ermənistan ordusunun bu dəyişikliyə ehtiyacı vardı, amma artıq gecdir:

“Ermənistanın düşdüyü bu depressiyanın içində bu planı həyata keçirmək mümkün olmaya bilər. Çox zəhmət tələb edən layihədir, yanlış moderasiya zamanı qızların orduda olması nəinki faydalı olmayacaq, əksinə, onu tam məhv olmaq həddinə çatdıracaq. Çox həssas mövzudur, bir gün oyanıb qızların da orduda xidmət etməsinə qərar vermək qəbuledilməzdir”.

Poqosyan qərarın Ermənistan cəmiyyətində etiraz yaratdığını vurğulayıb. Keçmiş hərbçi bir gün oyanıb buna qərar verənlərin bir gün də ayılıb, hər şeyin məhv olduğunu görə biləcəklərini də sözlərinə əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Casus oyunları: Amerika rusları necə dizə gətirdi

admin

Tommazo Buşetta: mafiyanı çökdürən adam

admin

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

redaktor