21.6 C
Bakı
28 İyun 2026 07:41
Kriminal

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs belə saxlanıldı – ANBAAN VİDEO

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs belə saxlanıldı - ANBAAN VİDEO

 

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.

Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Qızının 18+ videosunu yayan oğlanı lüt soyundurub, döyüb öldürdü – FOTO

admin

Bakıda DYP taksi sürücüsünü saxladı: Sərnişini həbs olundu – VİDEO

admin

İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

admin