32 C
Bakı
12 Avqust 2026 15:46
CəmiyyətGündəmŞou

“Müğənnilər tiktokerlərə pul ödəyirlər ki…”

 

“Etiraf edək ki, əksər müğənnilərin dinlənmə səbəbi Tiktok-dur və trendlərdir. İstənilən şəxs küçədə ağacı çəkir, üstünə musiqi qoyur və TikTok-da paylaşır.

Başqası baxır, deyir, yaxşı mahnıdır mən də edim. Müğənnilər var ki, bunun üçün ödəniş belə etməyə hazırdılar. Deyirlər, məşhur tiktokerlərə pul ödəyək, mahnımızı video edib paylaşsınlar. Bunu edənlər də var. Beləcə, insanlar dinləyir, başlayıb, bütöv versiyasını axtarırlar”.

Tacxeber.com axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni “Səhər mərkəzi” verilişində deyib. O, sosial şəbəkədə məşhurlaşan mahnılardan danışıb.

İlkin yeni film çəkməmələrinin səbəbini açıqlayıb:

“Son bir neçə ildir kamera arxasına keçmişəm. 2005-ci ildən bəri hər il bir film çəkdik. Sonra pandemiya, kinoteatrlarda problemlər ortaya çıxdı. Bu, film istehsalçılarının yaralı yeridir”.

İlkin aparıcı kimi efirə qayıtmağa hazırlaşdığını da söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz

redaktor