CəmiyyətGündəm

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı – Qalmaqalın davamı

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı - Qalmaqalın davamı

Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

Tacxeber.com xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.

Bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O, Əlinin qardaşına sahib çıxdığını deyib.

Məhəmməd bütün izləyicilərə üzünü tutaraq deyib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaqlar evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Niyaməddin Musayev: “Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?”

redaktor

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

redaktor

NAZİRLƏ GENERALIN ŞƏRİKLİ BİZNESİ: Şirvan Dövlət Qoruğunun necə ələ keçirildiyi ortaya çıxır

admin