24 C
Bakı
22 İyun 2025 12:26
Dünya

Mixail Saakaşvili daha yeriyə bilmir

 

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.

Bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bəyan edib.

Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.

“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, – deyə o bildirib.

Eks-prezidentin vəkilinin sözlərinə görə, Strasburq Məhkəməsində iddia qaldırmaq barədə qərar hələ verilməyib.

“Belə bir qərar hələ verilməyib. Mixail Saakaşvili hələ Strasburqla bağlı heç nə deməyib. O, məndən sənədləri alıb-almadığımı soruşdu. Ona dedim ki, hələ almamışam, başqa heç nə deməyib”, – Xaçapuridze qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Böyrəyini anasına bağışladı, özünə donuz böyrəyi KÖÇÜRÜLDÜ – TİBDƏ İNQİLAB

redaktor

Buzlaqların əriməsi milyonlarla insanın həyatı üçün təhlükə yaradır

redaktor

Ermənistan Azərbaycana hücum etməyəcək!

admin