3 C
Bakı
11 Fevral 2026 18:43
Gündəmİdman

Dünya çempionu Ermənistan üçün döyüşməkdən imtina edib

 

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

Tacxeber.com xəbər verir ki, bu barədə gənclər arasında 2022-ci il dünya çempionatının qalibi olmuş idmançı mətbuat konfransında açıqlama verib.

O bildirib ki, dövlət orqanlarının biganəliyi səbəbindən bu addımı atıb: “Dünya və Avropa çempionatlarında qazandığı qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər”.

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.

Boksçu, həmçinin, ötən ilin sonunda qələbələrə görə ona birdəfəlik 4,6 milyon dram ödədiyini açıqlayan idman nazirliyinin nümayəndələrini yalan danışmaqda ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan maşınları yeni Laçın yolunda – Ermənilər təəccübləndi

redaktor

Şeyxdən Mahsun Qırmızıgülə SƏRT TƏPKİ: “Səni boyayıb Qaragül edərik”

redaktor

Məşhur futbolçunun ailəsi qəzaya düşdü.

admin