
Məşhur aparıcı və xeyriyyəçi Hacı Nuranın səhhəti yenidən pisləşib.
Bu haqda aparıcı özü açıqlama yayıb.
Hacı Nuran bildirib ki, özünü pis hiss etdiyi üçün Almaniyaya gedib və müalicə alır:
“Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi … Yenə bu qoca qitənin qoca şəhərindəyəm … Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir … Özümü pis hiss etdim və həkimlər məni o ki var danladılar … Artıq bir neçə gündür Almaniyadayan … Məni günbəgün yaxşılaşdıran təkcə həkimimin dərmanları və müalicəsi deyil … Sizlərin sevgi dolu sözləri, dualarıdır … Məni həmişə güclü edən sizlər bu gün dualarınızla ayaqda saxlayırsız … Məni mətin edən də, gümrahlaşdıran da sizsiniz mənim əziz dostlarım … Hər an yanımda olan, hər dəqiqə mənə təkcə dərmanları ilə deyil, həm də diqqəti ilə məlhəm olan həkimlərim var olsun … O qədər mehriban, səmimi insanlardır ki … Zarafatcıl, yumor hissi güclü olan həkimlərdir onlar … Düzdür, mənim Bakıda da çox gözəl həkimlərim var … Hər biri də əvəzsizdir … Amma uzun illərdir Düsseldorfda müalicə və müayinə olunduğumdan bu klinikanın ağxalatlı mələkləri məni bir kəlmədən başa düşürlər … Bu gün yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var! …”