15 C
Bakı
31 Mart 2026 13:50
Dünya

Makronun barda videosu yayıldı – Fransızlar üsyan etdi – VİDEO

 

Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi vətəndaşların narazılığına səbəb olub.

Fransa sakinləri sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirir, onun bu hərəkətini pisləyirlər.

Qeyd edək ki, Makron Fransadakı kütləvi tətillər zamanı ölkəni tərk edərək Konqoya səfərə gedib. Beşinci Respublikanın vətəndaşları pensiya islahatını boykot edərkən, Emmanuel Makron barda vaxt keçirib.

O, rəsmi tədbirlərdən dərhal sonra musiqiçi, Konqonun rabitə naziri və daha bir məmurun müşayiəti ilə bara gedib.

Qeyd edək ki, Fransa rəhbərinin bardakı əyləncəsini əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Fransa prezidentinin spirtli içki qəbul etməsi yer alıb. Bütün bunlar bir yana, Makronla foto çəkdirən qaradərililərdən biri ədəbsiz hərəkət edib./Report

Tacxeber.com

Oxşar xəbərlər

İfşa siyasəti: niyə iqtidarı yox, cəmiyyəti çökdürür?

redaktor

“Süni intellektdən qorxuram” dedi, istefa verdi!

redaktor

Din siyasətdən ayrılmadan sülh mümkün deyil

redaktor