Siyasət

Putin-Zelenski görüşü gözlənilir – Türkiyədə

 

Türkiyə apreldə Putin-Zelenski görüşünü planlaşdırır.

Tacxeber.com “MK.ru”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İstanbulda Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş təşkil etmək istədiyini bildirib.

Ərhan qeyd edib ki, Türkiyə liderinin bu danışıqları dəqiq təşkil edib-etməyəcəyini indidən söyləmək olduqca çətindir:

“Bunu etmək çətindir, çünki Ərdoğan hərbi əməliyyatları davam etdirməyə çalışan və Moskva ilə istənilən danışıqlara qarşı çıxan Vaşinqton və Londonun təzyiqi altındadır”.

Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Rusiya və Ukrayna liderlərinin heç olmasa bir dəfə görüşməsinə, vasitəçi olmadan üz-üzə danışmasına şərait yaratmaqdır.

Tacxeber.com

Oxşar xəbərlər

İran Fələstini İsrailə satır: rejim Qəzzada ifşa oldu

admin

ABŞ-İran qarşıdurması ətrafında yeni, qəribə geosiyasi gəlişmələr.

redaktor

“İlham Əliyev daha bir tarixi qələbəyə imza atdı” – Fəzail Ağamalı

redaktor