Gündəm

“Ermənistan bölgədə süni gərginlik yaratmağa cəhd edir” – MN

 

“Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir”.

Bu barədə məlumat Müdafiə Nazirliyindən verilib.

“Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfəatəşə tutulub.

Tacxeber.com

Oxşar xəbərlər

Ekspert: “Hökumətin fəaliyətsizliyi nəticəsində kənd təsərrüfatımız batıb”

admin

Aqşinlə Hüseyn evlərinə nə vaxt qayıdacaqlar? – AÇIQLAMA

redaktor

“Maaşlar, pensiyalar artacaq” – Nazir

redaktor