28 C
Bakı
11 Avqust 2025 20:19
Siyasət

Bir dəfə satan yenə satar – Bağçalı Akşenerdən danışdı

Bir dəfə satan yenə satar - Bağçalı Akşenerdən danışdı 

 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İYİ Partiya sədri Meral Akşeneri “Millət İttifaqı”na qayıtdığı üçün tənqid edib.

Tacxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, Bağçalı ənənəvi olaraq “Millət İttifaqı”nı “Zillət” İttifaqı adlandırmaqdan çəkinməyib.

“Masanı dağıdıb təkrar oturanlar prinsipsizlik və gücsüzlük nümunələridir. Masanı dağıdana yenidən stul vermək çürümüş bir siyasətin prinsipsizliyi deyil? Masaya yenidən oturan söylədiyi ağır sözlərin altından necə qalxacaq? Bir dəfə satan yenə satacaq. Etdikləriniz pozulacaq, topladıqlarınız ətrafa saçılacaq. Bundan sonra “Zillət” İttifaqının ciddiyə alınacaq, məsələ ediləcək heç bir siyasi təklifi ola bilməz. Bizim üçün boş şeydirlər. “Zillət” İttifaqı artıq bizim gözümüzdə etibarsızdır”, – deyə o söyləyib.

Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı Masa”nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində “Millət İttifaqı”nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Ordu Kərki istiqamətində yerləşdirilir: Azərbaycan sərt addım atacaq – Polkovnik

redaktor

Rusiya müharibədə 368 təyyarə, 9 minə yaxın tank itirib – Ümumi siyahı

admin

İran Türkmənistanla sərhədi niyə bağladı?

admin