22.5 C
Bakı
28 İyun 2026 11:29
Sağlamlıq

Siqaret çəkənlər qan donoru ola bilərmi?

 

Siqaret istifadə edən insanlar rahatlıqla qan donoru ola bilərlər.

Bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.

Amma donorlar qanvermədən əvvəl və sonra bəzi məqamlara diqqət etməlidirlər:

Qanvermədən 1 saat öncə siqaret istifadəsi məsləhət görülmür.

Belə ki, donor qanındakı nikotin qana ehtiyacı olan bir sıra xəstələrin – yenidoğulmuşların, hamilə qadınların, şüa almış xəstələrin səhhəti üçün təhlükəli ola bilər.

Qanvermədən sonra isə ən az bir saat siqaret istifadəsi məsləhət görülmür. Qanvermədən dərhal sonra siqaret istifadəsi baş ağrışı, ürəkbulanma, halsızlıq və bəzi hallarda huşun itməsinə səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu qarışım ən sağalmaz yaraları müalicə edir

redaktor

Ürək xəstələri üçün ən faydalı bitki

redaktor

68 yaşlı kişi qan xərçəngi və HİV-dən SAĞALDI

redaktor