25 C
Bakı
11 Avqust 2025 00:18
DünyaGündəm

Rusiyalı alimin “Azərbaycanda zəlzələ olacaq” iddiasına cavab: Təəssüf ki… – Video

 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets bildirib ki, Qafqazda, Azərbaycanda, Türkmənistanda, Ərəbistan yarımadasında Türkiyə zəlzələsi ilə əlaqəli hadisələr mümkündür.

Bu mövzu ilə bağlı Publika.az-a danışan Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, seysmoloq Ənvər Əliyev deyib ki, Ərəbistan istisna olmaqla, sadalanan ərazilər seysmik zonada yerləşir:

“Təəsüf ki, Azərbaycanda da tektonik hərəkətlər tez-tez qeydə alınır. Sadəcə balı aşağı olduğu üçün biz bunları hiss etmirik.

Dünyanın üç ən böyük tektonik cəhətdən yüksək olan seysmik qurşaqları var. Bunlardan biri Alp-Himalay qurşağıdır ki, biz də bu qurşağın bir hissəsinə daxilik. Bu qurşağa daxil olan ölkələrdə zəlzələ olması çox normal haldır”, – o deyib.

Seysmoloq qeyd edib ki, təbii fəlakətdən sığortalanmadığımız halda, bu barədə ciddi şəkildə düşünməli və tədbirlər görməliyik.

“Elə ölkələr var ki, orada zəlzələ bizdən də aktiv sahədə yerləşir və yüksək ballı tektonik hadisələr qeydə alınır, amma ölüm halları, demək olar ki, yox dərəcəsindədir”.

Zəlzələni təbii fəlakət adlandıran Ə.Əliyev diqqətə çatdırıb ki, binanın çökməyi insan məsuliyyətizliyinin nəticəsidir.

“Əgər başqa ölkədə 9 bal gücündə zəlzələdə bina çökmürsə, demək ki, ərazilərini nəzərə alaraq binaları dayanıqlı tikiblər”.

Oxşar xəbərlər

Ukraynaya əsir düşən çinli RUSİYA ORDUSUNA necə qatıldığından DANIŞDI

redaktor

Putin 2030-cu ilə qədər prezident olmaq istəyir

redaktor

Kahramanmaraşda 198 saatdan sonra gələn sevinc, xilas gözyaşları – VİDEO

redaktor