31 C
Bakı
13 Avqust 2025 18:09
Gündəm

Müxalifət Paşinyanı TƏNQİD ETDİ: “Türkiyəyə xilasedicilər göndərəndə…”

Müxalifət Paşinyanı TƏNQİD ETDİ:

 

Ermənistanın parlament müxalifətinin nümayəndələri Paşinyan hökumətinin Türkiyədə baş verən zəlzələyə reaksiyasını tənqid ediblər.

Tacxeber.com “Sputnika Armenia”ya istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının nümayəndəsi Aqvan Vardanyanın jurnalistlərə açıqlamasında ölkə hakimiyyətinin Türkiyənin 44 günlük müharibədəki rolunu unutduğunu deyib.

Deputat İrəvanın axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə 27 xilasedici göndərməsini sərt şəkildə qınayıb.

“Aydındır ki, təbii fəlakət baş verib, insanlar, o cümlədən uşaqlar ölüb. Amma qərar verəndə bir müddət əvvəlki sözlərinizi xatırlamalısınız. Ən azı bir növ bütövlük, ardıcıllıq olmalıdır. İranda da zəlzələ olub, amma Ermənistan hakimiyyətinin hətta başsağlığı da verdiyini xatırlamıram”, – deyə Vardanyan Ermənistan rəhbərliyini ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər

Millinin baş məşqçi postuna 2 namizəd AFFA rəhbərliyində MÜBAHİSƏ YARATDI

admin

Misir Rusiyaya yardım edir? – Ağ Evdən reaksiya

redaktor

Yatanda smartfonları çarpayının yanına qoymayın

redaktor