Gündəm

“Zəlzələ peyğəmbəri“ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq

“Zəlzələ peyğəmbəri“ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq 

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.

Tacxeber.com xəbər verir ki, qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Hoogerbeets bildirib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.

“Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. (baku.vs)

Tacxeber.com

Oxşar xəbərlər

“Toppuş bacı” vəfat etdi

redaktor

“Təəssüflər olsun ki, Azərbaycanda İrana meyilli olan çoxlu insanlar var”

admin

Xaçaturyanı nə qədər cəza gözləyir?

redaktor