Cəmiyyət

““Zəlzələ olmayacaq” deyəndə yaxın günləri nəzərdə tutmuşam, yəni 3 gün…”

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında “yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur” deməsi müzakirəyə səbəb olub. Baş direktorun sözlərinə inanmayıb, narahatlıq keçirlənlər az deyil. Bildirilir ki, əvvəlcədən güclü zəlzələnin olub-olmayacağı dəqiq bilinsəydi, Türkiyə və digər ölkələr ehtiyat tədbirləri görərdilər.

Qurban Yetirmişli Pravda.az-a açıqlamasında fikirlərinə aydınlıq gətirib.

“Kim nə deyir, özü bilər. Mən dediyimi demişəm. Yaxın günün biri ötdü. İndi ikincisi-üçüncüsü yaxınlaşır. Yaxın gün nədir? Bir-iki-üç gündür. Mən dedim ki, güclü zəlzələ gözlənilmir. Xırda zəlzələ onsuz da həmişə var. Hiss olunanı da olur. Bu, zəlzələ deyil. Təki həmişə belə olsun. Narahat olmayın”, – baş direktor deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin