12 C
Bakı
28 Mart 2026 15:22
GündəmKriminal

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

 

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

Tacxeber.com bakupost.az- a istinadən xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin boğazındakı “Z” yeni şayiələrə səbəb oldu -FOTO

redaktor

Ermənilər Qarabağa hansı pasportla gəlib-gedirlər…

redaktor

“Qolan təpələri və onun əhəmiyyəti” – Yadigar Sadıqlı

admin