Gündəm

İsveçdə Quranın ardınca Tövrat və İsrail bayrağı da yandırıldı

İsveçdə Quranın ardınca Tövrat və İsrail bayrağı da yandırıldı 

İsveçin paytaxtında eyni aqibət Quranın başına gələndən iki həftə keçməmiş Tövrat İsrail bayrağı ilə birlikdə açıq şəkildə yandırılıb.

Tacxeber.com xəbər verir ki, bu haqda “EADaily” nəşri məlumat yayıb.

İnanclıların hisslərini incidən yeni aksiyanın ifaçıları “Nordik (şimali) Müqavimət Hərəkatı” millətçi təşkilatının iştirakçıları olub.

Yəhudilər üçün müqəddəs olan müqəddəs kitabların yandırılması ilə keçirilən aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirildiyi, onların da İslama zidd xarakter daşıyan əvvəlki təxribatı bəyəndiyi bildirilir.

Fəallar vurğulayıblar ki, bu hərəkətləri ilə guya yaxşı məqsəd güdürlər – İsrailin Fələstindəki işğalçılıq siyasətinə kəskin etirazlarını ifadə edirlər.

Bununla belə, aksiya iştirakçıları bunun üçün Tövrat tumarının yandırılmasının nəyə görə lazım olduğunu açıqlamayıblar.

Bundan öncə İsveçin yəhudi icması ölkə müsəlmanlarına qoşularaq sağçı siyasətçilərin Quranı yandırmaq hərəkətlərini kəskin şəkildə pisləyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Land Rover”ə bənzədiyi üçün BYD modelinə Aİ-də satış qadağası qoyulub

admin

Xaricdə yaşamaq üçün ən yaxşı şəhərlər açıqlanıb — Berlin sonuncudur

admin

“Barselona” gəlir peykanlıya

admin