11 C
Bakı
29 Mart 2026 12:03
Gündəm

Terrorçunun silahı harada qediyyatdadır? – Şok detal

Terrorçunun silahı harada qediyyatdadır? - Şok detal

 

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadə bu silahı necə əldə edib?

Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı olduqca ilginc məlumat yayılıb.

Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan “Kalaşnikov AK-47” markalı avtomatdır.

“Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi “N-12067”-dir. Bu da onun İranda nömrələndiyini göstərir.

Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb.

Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib”.

Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın andiçmə mərasimində Paşinyan İlham Əliyevin arxasında əyləşdi – FOTO/VİDEO

redaktor

Vaşinqton Baş Prokurorluğu azərbaycanlı mühacirləri Əliyevin mühafizəçilərinin döyməsini araşdırmaq qərarı verib

admin

Erməniləri vahiməyə salan simvolun SENSASİON MƏNASI budur…

redaktor