25 C
Bakı
23 İyun 2025 13:45
Mədəniyyət

“Qayınana” filminin Cənnəti realda gəlininə necə davranırdı? – Nəsibə Zeynalovanın nəvəsi danışdı

 

“Nəsibə xanımın qayınanası dünyanın ən mülayim insanı olub.Onun anasının xasiyyəti ağır olub. Hardasa oynadığı obrazla öz anasını yamsılayır”.

Tacxeber.comxəbər verir ki, bu sözləri mərhum Azərbaycan SSR Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova “O üz” verilişində deyib. O, Əməkdar artist Çingiz Əhmədovun “Nəsibə xanım “Qayınana” filmində öz qayınanasını canlandırırdı” sözlərinin doğru olmadığını söyləyib:

“Nəsibə xanım qayınanasına “bacı” deyirdi.  Çünki o qədər gözəl münasibətləri olub. O zülmkarlıq olmayıb. Çingiz orada səhv deyir.
Nəsibə xanım həyatda çox gözəl qayınana idi. Onun necə qayınana olduğunu hər halda onun gəlini yaxşı bilər. Amma mən şahid kimi deyə bilərəm ki, nənə anamın xətrini o qədər istəyirdi ki, Cahangir bəylə Elnarə xanımın söz-söhbəti düşəndə belə hər zaman Elnarə xanımın tərəfini tuturdu. Deyirdi ki, Elnarə, sən mənim qızımsan. Anam da ona “ana” deyirdi. Mən də öz qayınananma “ana” deyirəm. Necə görmüşəmsə, bizdə də elə davam edir. Nəsibə xanım çox gözəl qayınana olub. Onun səhnədə canlandırdığı obraz tamamilə başqa bir şey idi.
Bilirsiniz ki, çox tez-tez rayonlara qastrollara gedirdilər. O qastrollarda qonaq getdiyi evlərdə masa arxasında əyləşmirdi, mətbəxə gedib o regionun yeməklərinin necə bişirilməsini, ələlxüsus da o regionun qadınlarının örpəyini necə örtməsi, ailədə uşağa, gəlinə, ana-ataya münasibəti öyrənirdi. O obrazları bir “sandıqça”ya yığırdı və daha sonra yaratdığı obrazlarda istifadə etməyə çalışırdı”.

Tacxeber.com

 

Oxşar xəbərlər

“Əqrəb Mövsümü”ndə bu səhnə vəkilləri qəzəbləndirdi: Üzr istəsinlər – VİDEO

redaktor

Vəfat edən Xalq artistinin oğlu: “50 il sonra başa düşəcəklər ki, necə böyük sənətkarı itiriblər”

redaktor

Anası lənətlədi, faciə dolu həyat yaşadı: Saçlarından gor yastığı düzəldən Xalq artisti

redaktor