26 C
Bakı
28 Sentyabr 2026 18:15
Dünya

Səudiyyə Ərəbistanı yaşıllaşır: Qiyamətin əlamətidir? – FOTO/VİDEO

 

Səudiyyə Ərəbistanında yağan davamlı yağışlardan sonra təbiət, xüsusən də Məkkə şəhəri və ətrafı  yaşıllığa bürünüb. Bu da yerli əhalini xeyli təəccübləndirib.

Tacxeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanın yaşıllığa bürünməsi ilə bağlı yayılan fotolar ciddi maraq çəkərək trendə çevrilib.

Hətta bir çoxları Səudiyyə Ərəbistanındakı bu yaşıllaşmanı qiyamət əlaməti kimi də dəyərləndirib. Bunu daha çox Hədisi Şərifdəki  “Ərəb yarımadası yaşıllaşmayınca, qiyamət qopmaz” hədisi ilə izah edirlər.

Məsələyə aydınlıq gətirən professor İhsan Çiçək bildirib ki, bu, son hava şəraiti ilə əlaqədardır: “Builki hava şəraitinin yaratdığı dəyişikliyin nəticəsidir, yağıntı və temperatur anomaliyaları yaşayırıq. Ona görə də Hicazda baş verənləri iqlim dəyişikliyi adlandıra bilmərik. İqlim dəyişikliyi üçün daha uzun davamlı və ardıcıl proseslər lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor