23.7 C
Bakı
28 İyun 2026 23:48
İdman

Ronaldonun Ər-Riyaddan ilk FOTOLARI

 

 

“Əl-Nəsr” klubu Kriştiano Ronaldonun bir neçə şəklini paylaşıb.

Tacxeber.com xəbər verir ki, klub, “Twitter” səhifəsində Ronaldonun Səudiyyə Ərəbistanına gəlişindən sonra ilk fotolarını nümayiş etdirib.

Portuqal futbolçu hava limanına gələrkən ona gül-çiçək verən gənc fanatlarla şəkil çəkdirib. Ronaldo Səudiyyə Ərəbistanına ailəsi ilə birgə gəlib.

Daha əvvəl bildirilmişdi ki, portuqaliyalı hücumçunun yeni klubunda təqdimatı yanvarın 3-də “Mrsul Park” stadionunda keçiriləcək, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ronaldonun “Əl-Nasr”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. Portuqaliyalının ərəblərlə müqaviləsində, “Nyukasl” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, Ronaldonun bu kluba gedə biləcəyi bəndinin olduğu da bildirilir.

Ronaldo 2022-ci ilin noyabrında “Mançester Yunayted”lə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün də ÇL-də son yarımfinalçılar müəyyənləşir

admin

DÇ-2026: Bu gün daha 8 oyun var

admin

Futbol matçında FACİƏ: gənc futbolçunı ildırım vurub öldürdü, daha 6 nəfər…

redaktor